
Dəri Daxili İnfeksiyalar və Mezoterapiya
Dərinin ehtiyacına uyğun olaraq müxtəlif kimyəvi maddələrin inyeksiya və ya cihazlar vasitəsilə dərinin içinə yeridilməsi prosesinə dəri daxili inyeksiya və mezoterapiya deyilir.
Bu metod kosmetik prosedurlar çərçivəsində dərinin nəmləndirilməsi, gəncləşdirilməsi, ləkə müalicəsi, qocalmanın gecikdirilməsi, dərinin dartılması və canlandırılması, saç tökülməsinin qarşısının alınması, saç əkimi sonrası yeni əkilən saçların gücləndirilməsi, çatlaq müalicəsi kimi bir çox sahədə istifadə oluna bilər. Bu metod təkbaşına tətbiq oluna biləcəyi kimi, digər üsullarla da birləşdirilə bilər.
Müalicə 3-4 həftəlik fasilələrlə təkrarlanan seanslar halında tətbiq edildikdə daha təsirli olur. Mezoterapiyanın tərkibində hialuron turşusu, peptidlər, böyümə faktorları, amin turşuları, vitaminlər, kollagen və elastin istehsalını artıran maddələr, ləkələri açan komponentlər və antioksidantlar ola bilər.
Bu metod hər fəsildə tətbiq oluna bilər. Təsiri ümumiyyətlə 2 həftə ərzində başlayır və təkrarlanan seanslarla güclənir. Adətən anesteziyaya ehtiyac olmur, lokal anestezik kremlər və soyuq tətbiq kifayətdir. Prosedurdan sonra tətbiq olunan nahiyədə qızartı, göyərmə ola bilər. Çox nadir hallarda allergik reaksiyalara səbəb ola bilər.
Mezoterapiya aşağıdakı şəxslərə tətbiq olunmamalıdır:
- Hamilə qadınlara,
- Süd verən analara,
- Qanaxma riski yüksək olan insanlara,
- Diabet xəstələrinə,
- Mezoterapiyada istifadə olunan maddələrə qarşı həssaslığı olan insanlara.
Prosedurdan sonra 48 saat ərzində ağır fiziki fəaliyyətdən, 10-15 saat isti vanna qəbul etməkdən və makiyajdan çəkinmək tövsiyə olunur.