Uşaq Sağlamlığı və Xəstəlikləri bölməsi, digər adı ilə pediatriya, tibb elminin əhəmiyyətli bir ixtisas sahəsidir və tibb elmi içində böyük bir yerə sahibdir. Doğulduqları andan etibarən körpələrin inkişafı və sağlamlığı ilə maraqlanır. Pediatriya 0-15 yaş arası uşaqların sağlamlığı və xəstəliklərinin müalicəsini həyata keçirir və bu müddət 18 yaşa qədər uzana bilər. Sağlam uşaq müayinəsində uşağın inkişafı, çəkisi, mental inkişafı izlənilir. Böyümə prosesində bölmə olaraq uşağın peyvəndlərini izləyir və onların vurulmasını təmin edir.
Uşaqlıq dövründə qızılca, su çiçəyi, məxmərək, altıncı xəstəlik, parotit kimi xəstəliklər baş verə bilər. Bunlar əhəmiyyətli xəstəliklərdir və ciddi şəkildə izlənmə və müalicə tələb edir. Həmçinin, uşaqlıq dövründə cərrahi xəstəliklər də baş verə bilər. Yetərsiz müalicə halında qalıcı zərərlərə səbəb ola bilər. Belə bir vəziyyətlə qarşılaşmamaq üçün ailənizin ən dəyərli varlığı olan uşaqlarınızın sağlam gələcəyi üçün mərkəzimizdə uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisimiz xidmətinizdədir.