1968-ci ildə Ankara Universiteti Tibb Fakültəsini bitirib.
1968-1972-ci illərdə Hacettepe Universiteti Tibb Fakültəsinin Ümumi Cərrahiyyə, 1974-1976-cı illərdə isə həmin fakültənin Plastik və Rekonstruktiv Cərrahiyyə şöbəsində ixtisaslaşmışdır. O, 1979-cu ildə dosent, 1988-ci ildə professor elmi adını alıb.
1982-ci ildə Fransanın Nansi Universitetinin Tibb Fakültəsində altı ay professor vəzifəsində çalışıb. O, C.Mişonun yanında əl cərrahiyyəsi və mikrocərrahiyyə üzrə təhsil alıb.
Həmkarları ilə birlikdə Plastik Cərrahiyyə Təhsil Fondu-Bernard G Sarnat, M.D. Junior Basic Science Award 2002 Beynəlxalq Birinci Mükafatını qazandı.
