Endokrinologiya və Metabolizma Xəstəlikləri

Hormonları öyrənən tibbi sahəyə endokrinologiya deyilir. “Hormon” sözü latınca “Hormanein” sözündən götürülüb və “stimullaşdırmaq” və ya “hərəkətə keçirmək” mənasını verir.
Hormona ilk tərif belə verilib: “Endokrin vəzilərdən qana ifraz olunan və çox az miqdarda uzaq toxuma və ya orqanlara təsir edən maddələrdir”.
Hormonlar bədəndə endokrin vəziləri (xalq arasında daxili ifraz vəziləri kimi tanınır) adlanan xüsusi toxumalardan ifraz olunur. Lakin günümüzdə endokrin vəzi strukturu olmayan bəzi orqanların da hormon ifraz etdiyi məlumdur.

Endokrinologie Endokrinologiya ндокринологияالغدد الصماء Endocrinology Endokrinoloji vücuttaki bütün hormonlar

Hormonlar bədəndə demək olar ki, bütün funksiyalara təsir edə bilən maddələrdir: böyümə, inkişaf, reproduksiya, yemək, içmək, maddələr mübadiləsi, ürək-damar sistemi, beyin və sinir sistemi funksiyaları, yuxu, tərləmə və sair.

Endokrinologiya Elmi; hormonların istehsal olunduğu endokrin vəzlərin strukturlarını, onların artıq və ya az işləmə vəziyyətlərini, ifraz etdikləri bir və ya bir neçə hormonun strukturlarını, ifraz mexanizmlərini və bu mexanizmləri idarə edən müxtəlif faktorları, müxtəlif orqanlara təsirlərini, bu təsirlərin nəticəsində yaranan xəstəlik halları və onların müalicəsini öyrənən bir elm sahəsidir.

Bədənimizdə endokrin vəzilərdən çox sayda hormon ifraz olunur. Onlardan bəziləri aşağıda sıralanmışdır:

Hipofiz vəzindən ifraz olunan əsas hormonlar: ACTH (Adrenokortikotropik Hormon), TSH (Tiroidi Stimullaşdıran Hormon), LH (Lüteinləşdirici Hormon), FSH (Folikul Stimullaşdıran Hormon), PRL (Prolaktin), ADH (Antidiüretik Hormon),

Tiroit vəzindən ifraz olunan hormonlar: T4 (Tiroksin), T3 (Triiodotronin),
Paratiroit vəzindən PTH (Parathormon),

Böyrəküstü vəziləri: Adrenalin, Noradrenalin, Kortizol, Aldosteron və s.

Mədəaltı vəz: İnsulin, Qlükaqon

Cinsiyyət vəziləri: Qadında (Yumurtalıq) Estrogen, Progesteron; Kişidə (Xaya) Testosteron

 

Endokrin vəzilərdən ifraz olunan bir çox hormonlardan başqa, məsələn; beyin, ürək və damarlar, mədə və bağırsaqlar, böyrəklər kimi orqanlarımızdan da hormonlar ifraz olunur və bütün bədəndə lazım olan təsirlərini göstərirlər.