Dermatologiya Bölməsi

Dermatologiya, dəri sağlamlığının qorunması və dəri xəstəliklərinin diaqnozu və müalicəsi ilə məşğul olan tibb sahəsidir. Böyükdən kiçiyə hər kəsin bədənin bu ən böyük orqanı ilə bağlı şikayətləri olduğu üçün Dermatologiya xəstə müraciətlərinin çox olduğu bölmələrdən biridir. Dərinin infeksion xəstəlikləri, xoş və bədxassəli şişləri, ekzema və allergiyalar, genetik xəstəliklər, anadangəlmə xəstəliklər, sədəf xəstəliyi və oxşar papüllü skuamoz xəstəliklər, vezikülobüllöz xəstəliklər, ürtikarial və eritemli xəstəliklər, rəng dəyişiklikləri ilə müşayiət olunan xəstəliklər, dəri əlavələrinin (saç, dırnaq, tər vəzi, piy vəzi və s.) xəstəlikləri… dermatologiyanın mövzusuna daxildir. Dermatologiya eyni zamanda, digər sistemik xəstəliklərdə görülən dəri əlamətlərinin çox olması səbəbilə bir çox tibbi sahə ilə əməkdaşlıq etməyi tələb edir. Bu müxtəlif xəstəliklərin diaqnozu və müalicəsi məqsədilə mikroskopik müayinələr etmək, laboratoriya testlərindən istifadə etmək, xal izləmək üçün dermoskopik müayinələr aparmaq, cərrahi müdaxilələr etmək, krioterapi adlanan dondurma, elektrocerrahi ilə yandırma müalicələri tətbiq etmək, lazer və oxşar yeni texnoloji cihazlar istifadə etmək dermatoloq mütəxəssislərinin vəzifələri arasındadır. Son illərdə daha çox dermatologiya bölmələrində estetik və kosmetoloji prosedurların tətbiqi artmışdır.